Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti onlayn iclası keçirilib.
 
QHT.az xəbər verir ki, avqustun 26-da Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin sədrliyi ilə keçirilən iclasda Agentliyin 2 qrant müsabiqəsi ilə bağlı təklif müzakirəyə çıxarılıb.
 
Təklif edilib ki, yaxın günlərdə “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” və “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqamətində qrant müsabiqələri elan edilsin. Müzakirələr zamanı QHT-lərin müsabiqələrdə fərdi və koalisiya formasında iştirakı təklif edilib. Sonda hər iki müsabiqəsinin elan edilməsi ilə bağlı Agentliyin aparatına müvafiq tövsiyə verilmişdir.