Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci kiçik qrant müsabiqəsini elan edir.
Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/ proqramı vasitəsi ilə qəbul ediləcək.
Nəzərinizə çatdırırıq ki, layihələrin qəbulu 13 aprel 2022-ci il tarixdən 05 may 2022-ci il saat 18:00-a kimi təşkil ediləcək.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
“2022-ci il kiçik qrant müsabiqəsi”nin
Agentlik 7 istiqamət üzrə aşağıda qeyd olunan müsabiqə mövzularını təqdim edir:
- BMT-nin ixtisaslaşmış qrumlarına hesabatların hazırlanması;
- Bakı şəhəri və regionlarda əhaliyə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təşəbbüslər;
- İnsan alveri ilə mübarizə sahəsində maarifləndirmə və məlumatlandırma üzrə təşəbbüslər;
- İnsan hüquq və azadlıqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi;
- Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində təşəbbüslər
- Ətraf mühitin qorunması üzrə təşəbbüslər;
- “Təmiz şəhər” və “Təmiz kənd” konsepsiyasının təbliği;
- İdmanın kütləviləşdirilməsi üzrə təşəbbüslər;
- İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi;
- Yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili;
- Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının təşviqi sahəsində tədbirlərin təşkili;
- Qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi.
- “Təhsilin məzmunu: müasirlik və dəyərlər” mövzusunda təşəbbüslər;
- Valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı dəstəkverici təşəbbüslər;
- Təhsilin inkişafına xidmət edən innovativ tədqiqatlar aparılması;
- Təhsilin problemlərinə həsr olunmuş tədqiqat layihələrinin dəstəklənməsi;
- Yeniyetmə və gənclərdə “soft skills” – təməl bacarıqların formalaşdırılması təşəbbüsləri;
- Açıq təhsil resurslarından (Open Educational Resources - OER) istifadə təşəbbüssləri;
- Beynəlxalq elm və təhsil platformalarının, elmi data bazaların təbliğı təşəbbüsləri;
- Peşə təhsilinin əhali arasında populyarlaşdırılması və təbliği istiqamətində təşəbbüslər;
- Milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində təşəbbüslər;
- İstedadlı uşaq və gənclərin müəyyən olunması istiqamətində təşəbbüslərin dəstəklənməsi;
- Regionlarda mədəniyyət və incəsənət sahəsinin inkişafı istiqamətində tədbirlərin təşkili;
- Azərbaycan mədəniyyətinin təbliğində informasiya texnologiyalarının tətbiqi üzrə təşəbbüslər;
- Zəfər tarixi və onun yaratdığı yeni reallıqlar ilə bağlı tədbirlərin təşkil olunması;
- Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği;
- Əhalinin sosial problemlərinin həlli istiqamətində təşəbbüslər;
- Şəhid ailələri və qazilər üçün hüquqi maarifləndirmə təşəbbüsləri;
- Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyasına dair təşəbbüslər;
- Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər;
- Azərbaycanın iqtisadiyatının perspektivli sahələri ilə bağlı “Start-up” ideyaların dəstəklənməsi;
- Kiçik və orta sahibkarlığın inkişafına dair təşəbbüslər;
- Ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması;
- Qadın hüquqları ilə bağlı maarifləndirmə;
- Müharibədən əziyyət çəkən qadınlara və uşaqlara sosial-psixoloji dəstəyin göstərilməsi;
- Erkən və qohumlar arasında nikahların qarşısının alınması istiqamətində təşəbbüslər;
- Gender bərabərliyinin qorunması istiqamətində təşəbbüslər;
- Gender zəminində zorakılıq ilə mübarizə istiqamətində təşəbbüslər;
- Beynəlxalq gender platformalarda təmsilçiliyin artırılması;
- İctimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə dair təşəbbüslər;
- Antikorrupsiya mədəniyyətinin formalaşması ilə bağlı təşəbbüslər;
- Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 10 000 (on min) manatdır.
- 2021-cı il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 5000 (beş min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
- Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
- Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
·Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
Layihələrin qiymətləndirilmə meyarları
- Layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu;
- layihənin ideyasının düzgün əsaslandırılması;
- layihənin məqsəd və vəzifələrinin aydınlığı;
- layihənin mövzusunun aktuallığı;
- layihənin innovativliyi;
- layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;
- layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması,
- maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
- QHT-nin və layihə icraçısının müvafiq layihə mövzusunda uyğun təcrübəsi;
- layihə üzrə risklərin təhlili;
- layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
- layihə nəticələrinin aydınlığı, onların layihənin əsas məqsədinə çatmağa xidmət etdiklərini göstərməsi;
- layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq;
- müsabiqədə iştirak edəcək QHT-lərin 15 iyul 2022-ci ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır;
- Agentliyin elan etdiyi əvvəlki qrant müsabiqələrində müqavilə öhdəliklərinə məsuliyyətlə əməl olunmalı, şəffaflıq təmin edilməli, təsviri və maliyyə hesabatları təlimatlara uyğun təqdim olmalıdır.
Ərizələrin təqdim olunması üçün texniki tələblər
·QHT-lər Agentliyin https://ngogrant.az/ proqramı vasitəsilə QHT və layihə haqqında məlumatları təqdim edir;
·Şəxsən, poçtla və ya e-poçt ünvanlarına təqdim olunan ərizələr qəbul olunmur.
Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar
- Ərizə forması (elektron forma elana əlavə olunur),
- Layihə təklifi (elektron forma elana əlavə olunur),
- Fəaliyyət planı(elektron forma elana əlavə olunur),
- Xərclər smetası (elektron forma elana əlavə olunur),
- Dövlət qeydiyyatı haqqında şəhadətnamə,
- Reyestrdən çıxarış,
- Nizamnamə,
- VÖEN,
- QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti,
- QHT rəhbəri və mühasibin CV-si.
Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər
- Tələb olunan sənədlər tam təqdim edilmədikdə;
- Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə;
QEYD:
·Müsabiqəyə təqdim olunan sənədlərdə dəyişiklik və düzəliş edilə bilməz.
Müsabiqənin prosedur qaydaları
Müsabiqə üzrə ərizələrin qəbulu 13 aprel 2022-ci il tarixindən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi aşağıdakı mərhələlərlə aparılır:
·1-ci mərhələ - Ərizələrin qeydiyyatı və layihə təklifinin qəbulu;
Bu mərhələ 13 aprel - 05 may 2022-ci il saat 18.00-dək müddəti əhatə edir. Bu mərhələdə ərizə və layihə təklifi qəbul edilir.
·2-ci mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;
Bu dövr 06-may-17 iyun 2022-ci il tarixədək müddəti əhatə edir.
·3-cü mərhələ- Nəticələrin elan olunması:
21 iyun 2022-ci il tarixdə elan olunacaq. Müsabiqənin qalibləri haqqında məlumat Agentliyin e-qrant.az saytında, Agentliyin rəsmi sosial şəbəkə hesablarında yerləşdirilir.
·4-cü mərhələ - Qrant müqavilələri 15 iyul 2022-ci il tarixə kimi bağlanılır.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 15 aprel 2022-ci il saat 15.00-da ZOOM platformasında keçiriləcək.
Sessiyada iştirak etmək istəyən QHT nümayəndələri üçün ZOOM link:
https://us02web.zoom.us/j/86936621264?pwd=ZWErT0pnR2dFSVR0VzAva2lYN2pQZz09
Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Agentliyin Layihələrin idarəedilməsi departamentinin əməkdaşları Ülkər Süleymanova və Həsən Səmədova müraciət etmək olar:
01. Müsabiqə elanı - 2022-ci il kiçik qrant müsabiqəsi.doc
02. Ərizə forması - 2022-ci il kiçik qrant müsabiqəsi.docx
03. Layihə təklifi - 2022-ci il kiçik qrant müsabiqəsi.docx
04. Fəaliyyət planı - 2022-ci il kiçik qrant müsabiqəsi.doc
05. Xərclər smetası - 2022-ci il kiçik qrant müsabiqəsi.xls












