Qane etməyən məsələlər sırasında isə bəzi QHT-lərin öz daxilində islahatlar aparmamısını, fəaliyyətlərində yeni yanaşmaların tətbiq edilməməsini və s. qeyd etmək olar.

 

QHT.az xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib.

 

Musavat.com-un  " QHT-lərin son dövrlərdəki fəaliyyətini necə dəyərləndirirsiniz? Sizi qane edən və etməyən məsələlər hansılardır?" -sualını  

Agentliyinin İcraçı direktoru Aygün Əliyeva belə cavablandırıb:

 

" İlk öncə onu qeyd etmək istəyirəm ki, qeyri-hökumət təşkilatlarının inkişafı, onların potensiallarının artırılması, fəaliyyətləri üçün əlverişli mühitin yaradılması, həmçinin dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai nəzarətin təşkilində QHT-lərin fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi, QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi, QHT-lərin beynəlxalq əməkdaşlıq formatlarının yaradılması və s. Agentliyin əsas hədəflərindəndir.  

 

 

Agentlik olaraq hesab edirik ki, vətəndaş təşəbbüslərini istiqamətləndirən, idarə edən üçüncü sektorun bütün təmsilçiləri Azərbaycan dövlətinin, cəmiyyətinin qarşısında duran mühüm məsələlərdə, prioritet vəzifələrin icrasında fəal olmalı, dövlətlə, cəmiyyətlə bərabər, müxtəlif həssas və əhəmiyyətli sahələr üzrə ardıcıl fəaliyyət göstərməlidir.

 

QHT-lərin son dövrlər fəaliyyətində məni qane edən məqamlar təbii ki, daha çoxdur. Onların cəmiyyət həyatında baş verən hadisələrə, xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə müxtəlif beynəlxalq təşkilatların qərəzli yanaşmalarına çevik reaksiyası, işğaldan azad olunmuş ərazilərimizin inkişafı ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış etmələri, yerlərdə ictimai nəzarətin həyata keçirilməsində fəallıqları bizə əsas verir deyək ki, QHT sektoru öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

 

Qane etməyən məsələlər sırasında isə bəzi QHT-lərin öz daxilində islahatlar aparmamısını, fəaliyyətlərində yeni yanaşmaların tətbiq edilməməsini və s. qeyd etmək olar.

 

Bir sözlə, QHT-lərimiz yeni çağırışlara cavab verməlidirlər."