Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininv rəhbərliyi vətəndaş cəmiyyətinin bir qrup fəal xanım QHT rəhbərlərini qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

 

QHT.az xəbər verir ki, Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin İcraçı direktoru Aygün Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüşüblər və Fatma xanımı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər, ona xoş arzularını çatdırıblar.