"İcra etdiyimiz “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində Türkiyə Katılım Bankları Birliyinin (TKBB) rəhbər şəxsləri ilə görüş keçirilib".

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib. Onun sözlərinə görə, görüşdə hər iki qurum arasında öncədən bağlanmış Əməkdaşlıq Memorandumunun müddəti də uzadılmışdır:

"Görüş qarşılıqlı əməkdaşlıq mühitində sonda xatirə şəklinin çəkilişi ilə yekunlaşıb. Qeyd edim ki, sözügedən layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir".

 

Pərvanə Fərhadqızı