QHT-lər vətəndaş cəmiyyətində qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət üçün razılaşma sənədi imzalayıb. Sənəddə Neftçalada qadınların sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətlər üçün hər iki təşkilatın öhdəlikləri öz əksini tapıb.

QHT.az xəbər verir ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətlərdən biri də birdəfəlik yardımlarla bağlı olub ki, bu fəaliyyət üzrə öhdəliklər Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü və Ümid yolu Xeyriyyə İctimai Birliyinin maliyyə dəstəyi ilə Müsəlmanların Müqəddəs Qurban bayramı günlərində Neftçalada valideyn himayəsindən məhrum olmuş, fiziki məhdudiyyətli və aztəminatlı ailələrə sovqat çatdırılıb. Aksiya Neftçala rayonunun doqquz kəndində iki gün ardıcıl qırx yeddi ünvanda həyata keçirilib.

Aksiya çərçivəsində problemlərlə bağlı müraciət edən ailələrdən məlumatlar toplanılıb və həllinə dəstək vermək üçün müvafiq sənədlərin hazırlanması prosesinə başlanılıb. 

Təşkilatlara Neftçalada ünvanlarla bağlı Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin könüllüləri və icma liderləri yardım edib.