Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə 18-19 oktyabr tarixlərində Şuşa şəhərində QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı həyata keçirilib.
QHT.az xəbər verir ki, bu barədə məlumatı “Davamlı İnkişafa Doğru” İB-nin sədri Namiq Heydərov bildirib. Onun sözlərinə görə, bu proqramın əsas məqsədi QHT-lərin ictimai faydalılığını artırmaq, fəaliyyətlərinin səmərəliliyini yüksəltmək, həmçinin iştirakçıların bilik və bacarıqlarının inkişafına dəstək göstərmək idi.
Proqram müddətində QHT-lər layihələrin hazırlanması istiqamətində nəzəri və praktiki biliklər qazandı, ideya formalaşdırmaq, layihə hazırlamaq, qrant sənədlərini düzgün şəkildə hazır etmək baçarıqlarını gücləndirdi, layihə strukturu, məntiqi çərçivənin hazırlanması barədə anlayış və bacarıqlarını artırdı.
Təlim iştirakçılarına layihələrinin hazırlanmasında nəticəyönümlü və məntiqi çərçivə yanaşmalarının tətbiqi təşviq edildi.
Bir QHT rəhbəri kimi təlimin bizim üçün böyük əhəmiyyətini qeyd edərək, təlimin nəticələrindən QHT-nin fəaliyyətində aşağıdakı istiqamətlərdə istifadə edəcəyimi düşünürəm.
- Strateji idarəetmədə
- Resursların idarə edilməsində
- Kommunikasiya və ictimaiyyətlə əlaqələr qurulmasında
- Layihələrin hazırlanması və icrasında
- Maliyyə və hesabatlılıq standartlarının tətbiqində
- Kommunikasiya strategiyasının qurulmasında
- Monitorinq və Qiymətləndirmə sisteminin qurulmasında
- İnnovativ yanaşmaların tətbiqində
- İctimai maarifləndirmə kampaniyalarının təşkilində və s.
Yekun olaraq, QHT-lərin VI İnkişaf və Mübadilə Proqramının təşkilatçısı Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz adımdan və təşkilatımız adından təşəkkür edir və inanıram ki, Proqram çərçivəsində əldə etdiyimiz biliklər təşkilatımızın daha şəffaf, effektiv və innovativ fəaliyyət göstərməsinə imkan verəcəkdir. Bu biliklər yalnız daxili işlərimizdə deyil, həm də cəmiyyətlə qurulan tərəfdaşlıqda böyük fayda verəcəkdir.












