Masallının şəhid övladlarının balaları bir məkanda

“Ümidim sənsən” İctimai birliyi yarandığı vaxtdan çox uğurlarla imza atıb, çox imkansızları sevindirib. Lakin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Masallıda şəhid balaları üçün keçirtdiyi tədbir həm kövrəkliyinə, həm həssaslığına görə olduqca fərqli idi.​ 13 şəhid balası bir məkanda görüşdü.

Danışmaq heç vaxt mənim üçün belə çətin olmamışdı. Masallıdakı şəhidlərin 13 balasını bir məkana toplamaq, onları dinləmək həm fərəhli, həm də çox ağrılı idi. Onlarla oynayıb gülsək də, içimizdən qıvrılır, göynəyirdik. Bu uşaqların bir çoxu heç atasını görməyib və o şəhidlərin bəzisinə balalarının üzünü görmək qismət olmadı – övladları ana bətnində olanda həmin şəhidlər dünyalarını dəyişdilər.​ Bu şəhid balalarının sıralarında 15 yaşlısı da var, 2 aylıq olanı da.

Öncə isə tədbirimiz haqqında kiçik məlumat. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Günün ərəfəsində ​ Masallı Hotel İsti su restoranında təşkil olundu.

Şəhid balaları bu tədbirə anaları və nənələri ilə qatılmışdı.

Əvvəllər bu ailələrin qapısını dəfələrlə açmışdıq – uşaqların ad günündə, şəhidlərin anım günündə, şəhidlərin 3-də, 40-da... qısası, bu ailələrlə vaxtaşırı təmasdayıq. Hamısını anamız, bacımız, sirdaşımız bilirik.

Uşaqların Beynəlxalq Bayramı ərəfəsində isə onları bir məkanda birləşdirmək qərarına gəldik. Sağ olsunlar ki, əvvəldən tanıdıqları üçün şəhid ailələrinin hamısı təklifimizə səs verdi.

Xeyiryyəçilər tapmağa da çətinlik çəkmədik, geyimlərdən, oyuncaqdan, uşaq kitablarınadək hədiyyələr almağı da unutmadıq.

Masall Hotel isti su restoranı öz yardımını əsirgəmədi, şəhid balalarına kitab hədiyyəsi isə ərkivanlı xeyriyyəçi Rusif Kərimovdan ​ hədiyyələri gəldi. Çəkilişi operator Xaqani bəy təmənnasız apardı.

Bir epizodu isə xüsusi qeyd etməyə bilmərəm. Belə ki, istirahət mərkəzində bu uşaqların şəhid balalarınının olduğunu bilən, həmin məkanda istirahət edən 2 xanım, bilsəniz bu uşaqları bağırlarına basıb necə necə hönkür-hönkür ağlayırdılar.

Bax, ​ beləcə 3 saatlıq tədbirimiz başa çatdı. Şəhidlərin çoxu sağlığında ​ biri-birini tanımasalar da onların balaları bu məkanda hamısı bir-birini tanıdı, yaxından tanış oldu.

Bu isə sonuncu olmayacaq- ən azı rübdə bir dəfə onları bir araya gətirəcək, qonşu rayonlara ekskursiyaya aparacaq, qayğıları ilə maraqlanıb ən azı ad günlərində qapılarını döyəcəyik.

Masallının şəhid övladlarının balalarl bir məkanda

Fidan Abbaslının cənub xəbərtv-də çıxışı

Mən, “Ümidim sənsən” İctimai Birliyinin sədri

“Ümidim sənsən” İctimai birliyi yarandığı vaxtdan çox uğurlarla imza atıb, çox imkansızları sevindirib. Lakin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Masallıda şəhid balaları üçün keçirtdiyi tədbir həm kövrəkliyinə, həm həssaslığına görə olduqca fərqli idi.​ 13 şəhid balası bir məkanda görüşdü.

Danışmaq heç vaxt mənim üçün belə çətin olmamışdı. Masallıdakı şəhidlərin 13 balasını bir məkana toplamaq, onları dinləmək həm fərəhli, həm də çox ağrılı idi. Onlarla oynayıb gülsək də, içimizdən qıvrılır, göynəyirdik. Bu uşaqların bir çoxu heç atasını görməyib və o şəhidlərin bəzisinə balalarının üzünü görmək qismət olmadı – övladları ana bətnində olanda həmin şəhidlər dünyalarını dəyişdilər.​ Bu şəhid balalarının sıralarında 15 yaşlısı da var, 2 aylıq olanı da.

Öncə isə tədbirimiz haqqında kiçik məlumat. Tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Günün ərəfəsində ​ Masallı Otel İstisu restoranında təşkil olundu.

Şəhid balaları bu tədbirə anaları və nənələri ilə qatılmışdı.

Əvvəllər bu ailələrin qapısını dəfələrlə açmışdıq – uşaqların ad günündə, şəhidlərin anım günündə, şəhidlərin 3-də, 40-da... qısası, bu ailələrlə vaxtaşırı təmasdayıq. Hamısını anamız, bacımız, sirdaşımız bilirik.

Uşaqların Beynəlxalq Bayramı ərəfəsində isə onları bir məkanda birləşdirmək qərarına gəldik. Sağ olsunlar ki, əvvəldən tanıdıqları üçün şəhid ailələrinin hamısı təklifimizə səs verdi.

Xeyiriyyəçilər tapmağa da çətinlik çəkmədik, geyimlərdən, oyuncaqdan, uşaq kitablarınadək hədiyyələr almağı da unutmadıq.

Masall Park İstirahət Mərkəzi də öz yardımını əsirgəmədi, şəhid balalarına kitab hədiyyəsi isə ərkivanlı xeyriyyəçi Rusif Kərimovdan ​ hədiyyələri gəldi. Çəkilişi operator Xaqani bəy təmənnasız apardı.