“Zirvə” İslahatlara Dəstək Mərkəzi ictimai birliyinin sədri Elçin Axundzadə, "XXI Əsrin Qadınları" ictimai birliyinin sədri Mahirə Əmirhuseynova, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə və “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafina Dəstək” ictimai birliyinin sədri Zülfiyyə Nuriyevnın təşəbbüsü ilə 8 Noyabr - Zəfər Günü ilə bağlı Fəxri Xiyaban və Şəhidlər Xiyabanı ziyarət olunub.
QHT.az xəbər verir ki, 50-yə yaxın QHT nümayəndəsi Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.
QHT nümayəndələri Şəhidlər Xiyabanına gələrək şəhidlərin xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.












