“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, təşkilat 2025-ci ildə də Qərbi Azərbaycan mövzusu üzrə fəaliyyətini davam etdirib.
Onun sözlərinə görə, bu istiqamətdə həm tarixi araşdırmalar, həm də maarifləndirmə tədbirləri həyata keçirilib. Qusar rayonunda təşkilatın təşəbbüsü və bir neçə ictimai birliklə əməkdaşlıq çərçivəsində Qərbi Azərbaycan mövzusuna həsr olunmuş maarifləndirici sərgi təşkil edilib:
“Tədbir Əlil Qadınlar Cəmiyyəti və Beynəlxalq Əlillərin Əməkdaşlıq Təşkilatları ilə birgə təşkil olunub. Tədbirdə alimlər, ictimai xadimlər və QHT sədrləri iştirak edərək Qərbi Azərbaycan irsi və tarixi ilə bağlı fikirlərini bölüşüblər. Bir neçə təşkilatın birgə əməkdaşlığı nəticəsində Şimal bölgəsində bu mövzuda geniş maarifləndirmə işi aparılıb. Təşkilat eyni zamanda Azərbaycan dövləti ilə Ermənistan arasında sülh prosesi və sülh müqaviləsinin bağlanması mövzusu üzrə də fəallıq göstərir. Bu istiqamətdə müsahibələr verilir, ictimaiyyət üçün məlumatlandırıcı fəaliyyətlər həyata keçirilir və insanların proses barədə daha dolğun məlumat əldə etməsi təmin olunur".












