"Yeni Həyat” İctimai Birliyinin sədri Nailə İsmayılova alternativ müalicə üsullarının istifadəsi ilə bağlı vacib məsələlərə toxundu.

QHT.az xəbər verir ki, bu gün “Sabaha Saxlamayaq” verilişində “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova alternativ müalicə üsullarından istifadə edən şəxslərin işinə nəzarət və valideynlərin övladlarının sağlamlığını qeyri-peşəkar həkimlərə etibar etməsinin doğurduğu məsuliyyətlər barədə danışdı. Verilişdə, həkimlərin təyin etdiyi müalicə üsullarının əhəmiyyəti, valideynlərin diqqət və məsuliyyəti, həmçinin gələcəkdə bu mövzuda hansı addımların atılmalı olduğu müzakirə olundu.

Nailə İsmayılova valideynlərin uşaqlarının sağlamlığını qeyri-peşəkar mütəxəssislərə etibar etməsinin təhlükəli nəticələrə səbəb ola biləcəyini vurğuladı və ictimaiyyətə bu məsələlərə daha ciddi yanaşma çağırışı etdi.