“Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 15-ci Assambleyasında iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfərimiz başlayır”.
QHT.az xəbər verir ki, bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. QHT sədri qeyd edib ki, “Daxili miqrasiya proseslərinin aqrar sektora təsirləri" mövzusu üzrə təşkil olunan paneldə təqdimatım olacaq: “Bu məsələnin müzakirəyə daxil edilməsi də mənim təklifim əsasında baş tutub”.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması çoxsaylı qeyri hökumət təşkilatlarını birləşdirir. Platformanın əsas vəzifəsi Avropa İttifaqı Şərq Tərəfdaşlığı siyasətinin hazırlanması, icrası və monitorinqi prosesində Azərbaycan vətəndaş cəmiyyəti təşkilatlarının səmərəli iştirakını təmin etməkdir.
Pərvanə Fərhadqızı












