4 noyabr 2022-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in dəstəyi ilə keçirilən AZƏRBAYCAN BEYNƏLXALQ TİBB VƏ İNOVASİYALARI SƏRGİSİ çərçivəsində panel sessiyalarında tibb sahəsinin aktual mövzuları müzakirə edildi.

QHT.az xəbər verir ki,  Panel müzakirələrində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov çıxış edib. QHT sədri tərəfindən qanın laxtalanma pozğunluğunun müalicəsində innovativ tətbiq, xəstəliyinin verdiyi fəsadların aradan qaldırılmasında Fizioterapiyanın və Stomatoloji xidmətin vacibliyi, statistika, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının dövlət səhiyyə qurumları ilə birlikdə əməkdaşlığı və fəaliyyəti haqda məlumat verilmişdir. Assosiasiyanın fəaliyyəti yüksək qiymətləndirilmiş və sual cavab ilə panel müzakirələri davam etmişdir.