Dumanlı hava şəraitində azaraq Ermənistan ərazisinə keçmiş əsgərlərimizə edilmiş işgəncələrə dair yayılan görüntülər bir daha sübut etdi ki, Ermənistan nəinki beynəlxalq konvensiyaların tələblərinə riayət etmir, həmçinin cinayət törədir.

QHT.az APA -ya istinadən xəbər verir ki, bunu "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.

O bildirib ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri olaraq bu məsələdə laqeyd qala bilməzlər:

"Beynəlxalq ictimaiyyətin məsələyə birtərəfli yanaşması və ədalətsiz mövqeyinə qarşı çıxmalıyıq. Beynəlxalq ictimaiyyətin bu məsələlərdə birtərəfli mövqeyi bəzi hallarda susqun olmağımızdan qaynaqlanır. Buna görə də bir çox hallarda haqlı olduğumuz yerdə haqsız duruma düşürük. Ermənistan 44 günlük müharibə dövründə də dinc əhaliyə qarşı müxtəlif iriçaplı silahlardan, reaktiv raketlərdən atəş açaraq müharibə cinayətləri törədib. Bu günlərdə də həmin prosesin davamı gedir. Buna qəti şəkildə münasibət bildirməliyik".