əbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirib.

Forumla bağlı fikirlərini bölüşən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti sektorunun aparıcı qüvvələri hər zaman ölkənin milli mənafelərinin müdafiəsi baxımından öz mövqeyini sərgiləyib, milli maraqların müdafiəçisi kimi çıxış edib.

O, Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanın rəhbərliyi ilə regionda baş verən geosiyasi dəyişikliklər fonunda vətəndaş cəmiyyətinin də fəaliyyəti, missiyası və öhdəlikləri baxımdan bəzi  yeni çağırışlar meydana gəlib:

“Hesab edirəm ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2023-cü il Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda keçirdiyi forum məhz bu baxımdan əlamətdar və vacib idi.

Forum eyni zamanda bayram əhval ruhiyyəsini özündə  ehtiva edirdi. İlk dəfə Zəfər günü Azərbaycanın bütün ərazilərində  qeyd edilir. Bu baxımdan Azərbaycan qeyri-hökumət təşkilatlarının Zəfər günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti hər birimizin arzusu idi". 

C.Hüseynzadə vurğulayıb ki, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri fərdi olaraq dövlət başçısına tarixi qələbə münasibəti ilə təşəkkürlərini hər zaman bildirirlər:

"Lakin QHT-lərin vahid platforma olaraq, forum iştirakçıları kimi, Prezident İlham Əliyeva müraciəti ümumi QHT sektorunun mövqeyinin nümayişdir.”

Təşkilat sədri qeyd edib ki, müraciətdə bir çox vacib məsələlər toxunulub. Bir daha vurğulanıb ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bundan sonra daim dövlətin, Prezidentin yanında olacaq:

"Tədbirdə eyni zamanda  QHT-lərin beynəlxalq fəaliyyəti, dövlət-özəl və QHT-lər arasında əməkdaşlıq mexanizmləri, Azərbaycanın yeni tarixi mərhələsində QHT sektorunun inkişafı, QHT-lərin BMT-nin İqtisadi və Sosial Şurasına üzvlüyü, ictimai iştirakçılığın təmin edilməsində QHT-lərin rolu, QHT sektorunun mövcud vəziyyəti, gənclər təşkilatları mövzusunda məruzələr dinlənilib, müzakirələr aparılıb".

Müsahibimizin fikrincə qeyd olunan hər sahə üzrə QHT-lərin daha fəal və uğurlu fəaliyyəti cəmiyyətimizin inkişafına mühüm töhfə olacaq: 

"Eyni zamanda hazırda ölkəmiz üçün əsas prioritet olan beynəlxalq təmsilçiliyin inkişafı, xarici QHT-lərlə birgə iş də məhz Forumda əsas vurğulanan yeni çağırışlardandır.
Əlbəttə, bu istiqamətdə son dövrlər əldə olunan uğurlu nəticələr və xarici ölkə QHT-ləri ilə əldə edilən əməkdaşlıq imkanları bu sahədə milli maraqların təmin olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və informasiya müharibəsində daha yaxşı nəticələr əldə etmək üçün güclərin səfərbər edilməsini zəruri edir.

Forumu yeni reallıqlar və çağırışlar fonunda vətəndaş cəmiyyəti ilə bağlı əsas prioritetlərin müəyyən edilməsi baxımdan zəruri və ilkin mərhələ kimi qəbul edə bilərik. Hesab edirəm ki, Forum QHT-lər üçün yeni platforma oldu. Bundan irəli gələn məsələlərin müzakirəsi, yeni fəaliyyət planlarının hazırlanması üçün davamlı işləmək vacibdir.”


Törə Zeynallı 
Demokrat.az