“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Yeni il bayramı ərəfəsində Mingəçevir və Zərdab rayonlarında yaşayan şəhid ailələrini ziyarət edib!

QHT.az xəbər verir ki, 2016-cı ilin Aprel döyüşləri şəhidləri gizir Rahim Tağıyev və gizir Nurlan Abdullayev, Vətən müharibəsi şəhidləri baş gizir Yasən Əhmədov, baş gizir Tapdıq Qurbanəliyev, MAXE Səbuhi Məmmədov, MAXE Şahmar Məmmədov, əsgər Nahid İbrahimzadə, əsgər Oruc Nəcəfli, əsgər Emin Rüstəmzadə, əsgər Musa və Tural Həsənov qardaşları, həmçinin 2023-cü ilin antiterror əməliyyatları zamanı şəhid olan kiçik çavuş Süleyman Mehdiyevin ailələrini ziyarət edən Sevinc Orucova onların problemlərini dinləyib və hər zaman şəhid ailələrinin yanında olduğunu bildirib.