“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “ 30 İyul - İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı sosial şəbəkə üzərindən maarifləndirmə kampaniyasına start verib.
Qısa zamanda xeyli sayda QHT sədri həmkarına dəstək olaraq kampaniyaya qoşulub.
Təşkilat sədri QHT.az-a açıqlamasına bildirib ki, BMT-nin hesablamalarına görə, 127 ölkədən insanlar satılır, 137- ölkədə isə istismar edilir. Digər hesablamalara görə, hər il 20-40 milyon insan müasir köləliyin qurbanına çevrilir.
Sədrin sözlərinə görə, istismara və insan alverinə şərait yaradan əsas sosial-iqtisadi və mədəni problemlərə qarşı dayanıqlılığı gücləndirməliyik. “Biz hər kəsi insan alveri mövzusunda həssaslaşdırmalıyıq və beləliklə, bu halın qarşısının alınması tədbirlərini gücləndirməliyik. Qurbanların müəyyənləşdirilməsini təkmilləşdirməli və onlara dəstəyi artırmalıyıq”












