2020-ci ilin ilk aylarından dünya yeni dönəmə girdi. COVİD-19 insanlar arasında təşvişə səbəb oldu. Biriləri bu virusdan qorxduğunu bəyan etdi, digərləri bu məsələyə soyuq yanaşdı. Bu fikirləri QHT.az-a açıqlamsında Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı bildirib.

 

QHT sədri qeyd edib ki,  Azərbaycan Respublikasının Prezidenti təhlükənin aşkarlandığı ilk anlardan müəyyən zərururi addımların atılması üçün 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq etdi. 

 

Azərbaycan dövləti COVİD-19 infeksiyası ilə bağlı zəruri tədbirləri həyata keçirməyə başladı. Prezidentinin pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlaması nəticəsində, ölkədə virusun geniş yayılmasının qarşısı alındı və vətəndaşların həyatını mütləq şəkildə qorumaq mümkün oldu. 

 

Lakin bəzi vətəndaşların bu təhlükəyə barmağarası yanaşmasının nəticəsində xüsusi karantin rejiminin yumşalması zamanı məsafənin qorunmaması, maskadan və digər qoruyucu vasitələrdən istifadə olunmamasının nəticəsində xəstəlikdə artım müşahidə olundu. Artıq 06 iyun tarixdən saat 00.00-dan 08 iyun səhər saat 06.00-a qədər xüsusi karantin rejimi tətbiq olunur. Hər birimizdən vətəndaş mövqeyi göstərərək Operativ Qərargahın tövsiyyələrinə riayət etməyə çağırırıq.