Gəncə Regional Qadın Mərkəzi İB-nin sədri Məleykə Əlizadə Varşava şəhərində keçirilən VI Türkoloji konqresdə iştirak edəcək.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi “Şuşa İli” çərçivəsində 19-21 sentyabr 2022-ci ildə  Polşanın paytaxtı Varşava şəhərində Varşava universitetində təşkil olunacaq VI Türkoloji konqresdə mədəniyyət incisi olan Şuşanın təbliğ edilməsidir.