“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə  ““Təhlükəsiz səyahət" ölkəyə daxil olan və xaricə səfər edən şəxslərin insan alveri təhlükəsi barədə məlumatlandırılması”  layihəsini uğurla davam etdirir.

QHT.az xəbər verir ki, layihənin icra planına uyğun olaraq sentyabrın 16-da Bakı şəhəi, Binəqədi rayonu, Matadrom yaşayış Massivində yerləşən Qadın Sığınma Mərkəzində müxtəlif yaş qrupuna aid 30 nəfər şəxs üçün insan alveri ilə mübarizəyə dair maarifləndirmə təlimi  keçirilib.

Təlimi tanınmış ekspert Mehriban Zeynalova aparıb. O, təlimçilərə xaricə getmək istəyən və ölkəmizə gələn şəxslərin İnsan alveri qurbanına çevrilməmələri üçün  nəyi bilmələri, hansısa problemlə rastlaşdıqda hansı qurumlara müraciət etmələri, hansı sənədləri mütləq şəkildə özündə saxlamalı olduqları, xarici ölkələrə ailə qurmaq, təhsil almaq adı ilə gedən şəxslərin hansı zəruri tədbirlər görmələri ilə bağlı geniş məlumat verdi. 

Təlimin sonunda iştirakçılara sertifikatlar verildi və layihənin növbəti mərhələsində maarifləndirmə turuna cəlb olunacaq  20 nəfər könüllülüər seçildi.