“Reproduksiya latın sözü olub, özünə bənzər orqanizmin yaradılması, çoxalma deməkdir. Bu sözün arxasında insan münasibətləri, mənəvi dəyərlər, tibbi problemlərin sosial rifah kimi mürəkkəb problemlər durur. Reproduktiv sağlamlıq təkcə reproduktiv orqanların sağlamlığı demək deyil, bura daha çox sağlamlıq elementləri daxildir. Çoxalma üzvlərinin sağlamlığı, digər orqanların normal işləməsi, yaşayış şəraiti, normal cinsi həyat tərsi və sair ilə bağlıdır”.
Bu sözləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib. QHT sədri cinsi inkişafın insanın özünə və ətrafdakılara münasibətində baş verdiyini qeyd etməklə yanaşı, yeniyetmələrin 14-15 yaşında olanda bir-birinə qarşı meyilliliyin yarandığını da vurğulayıb: “Bu xarici görkəmlə əlaqəli olur. İnsanlar arasında dostluq, meyillilik, ailə qurmaq və s. kimi məsələlər insan anadan olandan başlayır. İlk günlərdən uşaqlar öz bədənləri ilə məşğuldur və buna maraq göstərirlər. Öz bədəninə pozitiv münasibətin başlanması ətrafdakılara qarşı ilk addım atmağa imkan verir. İnsan təbiətin məhsuludur, amma digər canlılardan ən ali varlıqdır. İnsan şüurludur, bioloji və sosialoji münasibətlər nizama salmağa can atır. İnsan yarandığı gündən daim inkişafda olur. Onun reproduksiyası, nəslartırma funksiyası günü –gündən təkmilləşir. Cəmiyyətdə reprouktiv sağlamlıq haqqında maarifləndirmə işləri aparmaq lazımdır. Təəssüflər olsun ki, nə orta məktəbdə, nə ailədə, nə də sosial şəbəkədə, tv kanallarda az maarifləndirmə işləri aparılırdı. Əvvəllər orta məktəblərdə 9-cu siniflərdə Reproduktiv sağamlıq dərsləri var idi, qızlar və oğlanlara ayrı-ayrılıqda söhbətlər aparılırdı, maraqla qarşılanırdı, gənclərimiz geniş məlumata malik olurdu. Təəsüf ki, sonradan onun maliyyələşməsi beynəlxalq təşkilatlar tərəfindən olduğu görə maliyyələşmə dayandı, dərslər yığışdırıldı. Ehtiyac duyulan bir dərslər idi. Son dövrdə abortların çoxalması reproduktiv sağlamlıq haqqında gənclərimizin məlumatsız olması deməkdir. Əgər orta məktəbdən gənclərimiz məlumaatlı olsalar, erkən cinsi əlaqənin nəyə gətirib çıxaracağını, mənfi təsirini bilsələr onlar bu yoldan çəkinmiş olarlar”.
Məlumatlanmağa ehtiyacın çox olduğunu, gender bərabərliyi haqqında olan layihələrində yer verdiklərini bildirən Zenfira Mustafayeva gənclərin cinsi orqanlarında olan dəyişiklik, cinsi orqanlarda baş verən xəstəliklərin əksər səbəblərinin erkən əlaqələrin yaranmasında olduğunu da vurğulayır. O, təəssüflə qeyd edir ki, gənclərimiz arasında anti- təbliğat gedir, bu da onların sonradan lezbiyanlığa, homoseksuallığa gətirib çıxarır: “Bəzən təlimlərdə oluram, uşaqlar açıq aydın 14-15 yaşında uşaqlar ya lezbiyan, ya homoseksual olduğunu, gələcəkdə ailə qurmayacaqlarını bildirirlər. Çünki bu yaşda onlar hələ cinsi orqanlarını tam formalaşmadığı bir dövrdə bu prosesi özləri-özlərinə təlqin edirlər. Homoseksualların yaşam tərzini, gözəl görkəmlərini, geyimlərini gənclərimizə təbliğ edirlər, onlar da təsir altına düşürlər. Yaxşı olar ki, milli adət ənənələrimiz təbliğ olunsun, reproduktiv sağlamlıq haqqında geniş məlumat verilsin, layihə götürmüş QHT-lər daimi olaraq bu mövzunu əlavə edib, regionlarda çıxış etsinlər. Məqsədimiz sağlam ailələrimiz olsun, sağlam övladlar yetişsin. Yazı, çıxış, təlim, seminar, sosila şəbəkələr, sosial verlişlərdə təbliğat güclü getməlidir. Erkən cinsi əlaqənin mənfi təsirləri, İİV virusu, Spidə yoluxma haqqında geniş məlumat vermək lazımdır. Orqanizmin inkişafı 25 yaşa kimi gedir, başa çatır. Ailə quranda 19 yaşından tez ailə qurulmamalıdır! Çünki o yaşa qədər hələ cinsi orqanların inkişafı gedir”.
QHT sədri gənclərimizin maariflənməyə meyilli olduğunu da vurğulayır. Onun sözlərinə görə, biz hansı mövqedən çıxış etsək, o mövqeni də onlar qəbul edəcək: “Vicdanımız qarşısında məsuliyyət hissi edək. Azərbaycanımızın çiçəklənməsi üçün əl -ələ verib təbliğat aparaq. Cinslər arasında qarşılıqlı münasibət özünə və başqasına hörmət etməyi, qiymət verməyi, ictimai dəyərlərə, milli hislərə hörməti nəzərdə tutur. Hər kəs reproduktiv sağlamlığı təmin edən kompleks rifah haqqında hüququna malikdirlər. İnsanın firavanlığı onun mənəvi, sosial, intelektual, fikziki rifah halını yüksəldir”.
Pərvanə Fərhadqızı












