USAİD-in maliyyə, FHİ 360, Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, MG Konsulting MMC-nin təşkilatçılığı ilə “Şəffaflıq naminə vətəndaş cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində “Saglam mühit” gənclərin inkişafına kömək ictimai birliyi “Şirvan şəhərində səhiyyə sahəsində korrupsiya hallarının monitorinqi və ictimai vəkillik kompaniyasının aparılması” adlı layıhə çərçivəsində Şirvan şəhərində əhali arasında rəy sorğuları keçirilmışdir.

 

     Sorğuya 100 nəfər  vətəndaş və 10 nəfər səhiyyə işçisi cəlb edilmişdir. Onlardan 48 nəfəri qadın, 52 nəfəri isə kişi olmuşdur. Respiyentlər səhiyyə sahəsində problemlər, TƏBİB və onun fəaliyyət sahələri və s. barədə sualları cavablandırmışlar. 

      Sorğuların nəticələri işçi qrup tərəfindən qiymətləndirilmiş, və hesabat hazırlanmışdır.  

 

Həmin hesabat sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılacaqdır.