Sabunçu Gənclər evində İSTEDADLARI TANIYAQ VƏ TANIDAQ İB-nin "Uğur Əngəl Tanımır" adlı konsert tədbiri keçirildi. Tədbir "xərçənglə" mübarizə apararaq ali məktəbə qəbul olan ilk azərbaycanlı tələbə Samir Abdullayevə həsr olunmuşdu.

Tədbiri İstedadları Tanıyaq və Tanıdaq İB-nin sədri Vüsalə (Sadıqova) Qələndərli açıq elan etdi. Öncə Dövlət Himni səsləndirildi. Daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Maarifləndirici çıxışları ilə tədbirin digər sağlamlıq problemi olan üzvlərinə stimul və özgüvən verən Samir Abdullayev öz uğur hekayəsini danışaraq "Uğur əngəl tanımır!"- dedi.

 

Tədbirdə sağlamlıq problemi olan istedadlı gənclər, valideynləri, ictimaiyyət nümayəndələri və sənətçilər iştirak etdi. Tədbir bir- birindən maraqlı çıxışlarla yadda qaldı. Sonda Samir Abdullayev və ailəsi bu cür konsert tədbirin təşkili üçün öz təşəkkürlərini bildirdilər və qeyd etdilər ki, belə tədbirlər həm maarifləndirici, həm də stimulvericidir. Gənclərin gələcək həyatına müsbət təsir edir.

Samir Abdullayev "Uğur Əngəl tanımır" adlı tədbirdə iştirakına görə diplomla təltif olundu. Sonda xatirə şəkli çəkdirildi

Qeyd edək ki, müalicə müddətində gəncimizə Heydər Əliyev fondunun vitse-Prezidenti Leyla Əliyeva dəstək göstərmişdi