QHT.az saytı “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri Iradə Rizazadəni Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında xidmətlərinə görə və anadan olmasının 65 illik yubileyi münasibətilə FƏXRİ FƏRMANla təltif edib.
QHT.az olaraq həmkarımız İradə xanını təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.
İradə Rizazadə
Doğulduğu Tarix: 04.08.1956, İrəvan şəhəri
Təhsili: Ali - M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu
İxtisası: rus dili və ədəbiyyatı müəlliməsi
İş Təcrübəsi
1978-1982 Daşkəsən r-n A.S.Puşkin adına orta məktəbdə rus dilli və ədəbiyyatı müəllimi
1982-1988 İrəvan Azərbaycan Kənd Təsərrüfatı Texnikumunda rus dili müəllimi
1989-1993 Azərbaycan Qaçqınlar Cəmiyyətində şöbə müdiri
1993-2000 Azərbaycan Qızıl Aypara Cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri
2000-2004 “Azərbaycan Vətəndaş Birliyi” İctimai Birliyinin sədri
2004-cü ildən-hal-hazıradək “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri
İctimai Fəaliyyəti
2004-cü ildən Milli QHT Forumunun idarə heyətinin üzvü
2007-ci ildən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) partnyoru
2013-cü ildən Milli QHT Forumunun idarə heyətinin sədr müavini
2015-2021 - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü
2016-ci ildən - Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun üzvü
2019-cu ildən – BMT-nin İqtisadi və Sosial Şurasının üzvü
2004-ci ildən – indiyədək UNHCR, UNDP, UMCOR, Norveç və Almaniya səfirlikləri, Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə icra olunan 100-ə yaxın layihənin rəhbəri olaraq çalışmışam.
İştirak etdiyi Təlimlər
Amerika Birləşmiş Ştatlarında, Belçikada, Gürcüstan, Ukrayna, Türkiyədə və eləcə də Azərbaycanda qaçqın və məcburi köçkün məsələlərinə dair bir sıra təlimlərdə iştirak etmişəm.












