Sentyabrın 7-də Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi “Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirləri barədə bilik və məlumatların artırılması” layihəsi çərçivəsində konfrans keçirib.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Tədbirdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Şirvan şəhər Yağ- Piy MMC-nin, Şirvan şəhər Peşə Litseyinin, Mənzil-təsərrüfatı idarəsinin, Arxiv İdarəsinin, İcra hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Şirvan şəhər İcra hakimiyyətinin məsul əməkdaşı Elşad Hüseynov keçirilən bu layihənin və konfransın iqlim dəyişmələri, bu dəyişikliyin Azərbaycana təsirləri mövzusunda olduğunu qeyd edib: “Şirvan Aran zonasının mərkəzində yerləşdiyindən iqlimdə baş verən dəyişikliyə daha həssasdır. İctimai Birliyin rəhbərliyinin və Radiasiya Problemləri institutunun kimya elmləri doktorunun iştirak etdiyi konfransda biz bu barədə daha geniş məlumat alacayıq. Bu cür maarifləndirici tədbirləri şəhərdə tez- tez təşkil etmək işin faydasına olardı və Şirvan əhalisi qlobal istiləşmə barədə akademik məlumatlara malik ola bilərdi”.

Layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova Şirvan şəhərinin  Azərbaycanın Sənaye mərkəzlərindən biri olduğunu və bu şəhərin iqlimə daha həssas bölgədədə yerləşdiyini, su ehtiyatlarının çox az olduğu üçün layihədə bu şəhər seçilməsini qeyd edib: “Şəhəri gəzərkən xeyli yaşıllıqlar salındığını və bu yaşıllığın iqlimdə kəskin dəyişiklilərin qarşısını almaqda əhəmiyyəti var. Şəhərdə mövcud yaşıllığın mühafizə olunması və su ehtiyatlarından qənaətlə istifadəsi hər birimizin vacib işidir. Nəşr olunmuş kitabçada olan iqlimdəki dəyişiklikləri əks etdirən dioqram və qrafiklərin elmi tədqiqat materiallarından götürülüb və sadələşdirilərək hamının oxuması üçün  kitabça nəşr olunub”.

Ekspert qlobal tem­pe­ra­tu­run art­ma­sı ilə müşa­yət olu­nan və özü ilə bir­lik­də çox­lu ətraf mühit də­yi­şik­lə­rinə sə­bəb olan ha­di­sə­lər, gə­lə­cək­də baş ve­rə bi­lə­cək tə­bii ha­di­sə­lə­rin mövcud və­ziy­yəti, mümkün proq­noz­la­rı barədə də danışıb: “Bil­di­yi­miz ki­mi 1750-ci ildən sənaye dövrünün başlanğıc tarixi kimi başlayaraq sə­na­ye­nin in­ki­şa­fı ilə pa­ra­lel ola­raq at­mos­fer­də is­ti­lik ef­fek­ti ya­ra­dan kar­bon di­ok­sid, me­tan, Azot ok­sid­lə­ri və sa­ir qaz­la­rın art­ma­sı iq­lim­də bir çox də­yi­şik­li­yə sə­bəb ol­ub. 1960-cı illərdən sonra isə temperaturun sürətli artımı baş verib.  Pa­ra­lel ola­raq dünya əha­li­si­nin və Azərbaycanda əhali ar­tı­mı dünya­da olan me­şə və ya­şıl­lıq əra­zi­lə­ri­ni xey­li azaldıb. Bu ­da at­mos­fer­də olan kar­bon qa­zı­nı (CO2) uda­raq əvə­zin­də bütün kai­na­tı ok­si­gen­lə tə­min edən ya­şıl­lıq əra­zi­lə­ri­nin də­fə­lər­lə azal­ma­sı­na sə­bəb olub”.

Layihənin təlimçisi, Radiasiya Problemləri institutunun əməkdaşı, kimya elmləri üzrə doktoru Hökmən Mahmudova dünya üzrə təd­qi­qat­çı­lar tə­rə­fin­dən apa­rı­lan min­lər­lə araş­dır­ma Yer sət­hin­də, elə­cə də at­mos­fer və oke­an­lar­da tem­pe­ra­tu­run yüksəl­di­yi­ni qey­d etmişdir: “Qlo­bal iq­li­min bir çox di­gər as­pekt­lə­ri də də­yi­şir. Həd­din­dən ar­tıq yüksək tem­pe­ra­tur və güclü ya­ğın­tı ha­di­sə­lə­ri ar­tır, buz­laq­lar və qar örtüyü aza­lır, də­niz buz­la­rı ge­ri çə­ki­lir. Hətta Azərbaycanda sel hadisəsinin heç vaxt olmadığı Naftalan, Beləsuvar və Göyçay kimi rayonlarda daşqın hadisələri baş verir.  Də­niz­lər is­ti­lə­şir, su səviyyəsi yüksə­lir, turşuluğun konsentrasiyası artır və daş­qın­lar da­ha tez-tez baş ve­rir. Ya­ğış­lı mövsümlər da­ha əvvəlki dövrlərlə müqayisədə uzun­dur və ey­ni za­man­da iri me­şə yan­ğın­la­rı da­ha tez-tez baş ve­rir. Bir çox növlər ye­ni yer­lə­rə köçür, bi­omüx­tə­lif­lik po­zu­lur və iq­lim də­yi­şik­li­yi­nin nə­ti­cə­si mühüm bio­lo­ji ha­di­sə­lə­rin mövsümi vax­tın­da də­yi­şik­lik­lərə səbəb olur. İn­san fəa­liy­yə­ti nə­ti­cə­sin­də ya­ra­nan is­ti­xa­na qaz­la­rı emis­si­ya­la­rı onil­lik­lər və hət­ta əsr­lər bo­yu Yer kürə­si­nin iq­li­mi­nə tə­sir göstər­mə­yə da­vam edə­cək. İn­san­lar kar­bon qa­zı­nı tə­bii pro­ses­lər­lə atıl­dı­ğın­dan qat-qat yüksək sürət­lə at­mos­fe­rə əla­və edə­rək, at­mos­fer­də və oke­an­lar­da uzunömürlü qaz an­ba­rı ya­ra­dır bu da iq­li­mi da­ha is­ti və kəs­kin is­ti və­ziy­yə­tə gə­ti­rir. Şirvan kimi sənaye şəhərində qlobal istiləşmənin təsiri daha güclü olduğundan əhalinin adaptasiyası proqramları hazırlanmalı və həyata keçirilməlidir”.

S.Həsənov çıxışına davam edərək bildirdi ki, iq­lim də­yiş­mə­lə­ri­ Azər­bay­can­da da özünü göstə­rir, son 100 il­də Azər­bay­can əra­zi­sin­də or­ta il­lik tem­pe­ra­tur­lar 0,4-1,30C-yə qə­dər artıb: “Tem­pe­ra­tur ar­tı­mı re­gi­on­lar­dan ası­lı ola­raq qey­ri-bə­ra­bər pay­la­nır. Son 10 il­lik­lər­də Azər­bay­can əra­zi­sin­də ki­çik dağ çay­la­rın­da sel və daş­qın­la­rın sa­yı və gücü art­ıb. 2023-cü ilin avqust ayının 1-nə olan məlumata görə ölkədə 81 sel hadisəsi baş vermişdir hansı ki, neçə on illərdir bu rəqəm 35 sel hadisəsindən artıq olmayıb. Dünyada son 100 il­də­ki kos­mik müşa­hi­də­lər göstər­di ki, tu­fan və çov­ğun­la­rın in­ten­siv­li­yi və tez­li­yi ar­tıb, is­ti külək­lər, qa­sır­ğa­lar və ya­ğın­tı­lar güclə­nib. Ey­ni za­man­da sel və daş­qın ha­di­sə­lə­ri­nin sa­yı da ar­tıb və bir çox qar­şı­sıa­lın­maz fə­sad­la­ra səbəb olub.

Tədbirdə iştirak edən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktor müavini Aidə Əsədova çıxış edərək bildirib ki, hazırlanmış bu zəngin kitabçanın nəşr olunması bizim kollec üçün mühüm tədris vasitəsi olacaq və biz burada toplanan akademik informasiya və elmi tədqiqatlardan istifadə edərək onları tələbələrə öyrədəcəyik: “Kitabçanın paylanması tədbirdə iştirak edən insanlarda iqlimdə baş verən dəyişikliklər barədə məlumat boşluğunu aradan qaldıracaq. Gənc nəslin ekoloji tərbiyə olunması çox vacib tədris və tərbiyə metodlarından biridir və gələcəkdə ekologiyaya olan münasibəti kökündən dəyişə bilər”.

H. Mahmudov qeyd edib ki, apa­rıl­mış araş­dır­ma­lar və qiy­mət­lən­dir­mə­lər onun göstə­rir ki, dünya­da iq­lim də­yiş­mə­lə­ri ilə bağ­lı bir çox prob­lem­lərin və ya istixana qazların azaldılması üçün hər bir ölkənin öhdəlikləri müəyyən olunub: “Bir çox təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si plan­laş­dı­rı­lıb. Av­ro­pa Bir­li­yi ölkə­lə­ri 2030-cu il­də par­nik ef­fek­ti ya­ra­dan qaz­la­rın azal­dıl­ma­sı­nı 50% həcm­də, 2050-ci il­də isə sı­fır sə­viy­yə­sin­də azal­dıl­ma­sı­nı plan­laş­dı­rır. Bu cür öhdə­lik­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si iq­ti­sa­di cəhətdən sə­na­ye­də və nəq­liy­yat­da cid­di də­yi­şik­lə­rin he­sa­bı­na baş ver­di­yin­dən bu qı­sa icmal mə­lu­mat­lı kitabça ilə biz və­ziy­yə­tin nə qə­dər cid­di ol­ma­sı­nı ic­ti­ma­iy­yə­tə çat­dır­ma­ğı düşünürük. Bu sa­hə­də Azər­bay­can­ emissiyaların azaldılması və alternativ enerji istehsalına keçidlə bağlı  bir çox öhdə­lik­lər götürdüyündən is­la­hat­la­rın apa­rıl­ma­sına başlanılıb. Bu is­la­hat­lar ener­ji sek­to­run­da al­ter­na­tiv və bər­pa olu­nan ener­ji is­teh­sa­lı­na ke­çi­di sürət­lən­di­rə­cək və av­to­mo­bil nəq­liy­ya­tın­da cid­di tər­kib də­yiş­mə­lə­ri­nə sə­bəb ola­caq. Bu is­ti­qa­mət­də Azər­bay­can­da və Ba­kı şə­hə­rin­də nəq­liy­yatın idarəedilməsi inf­rastrük­tu­ru­nun ida­rəe­dil­mə­sin­də əhə­miy­yət­li tək­mil­ləş­dir­mə­lə­rin apa­rıl­ma­sı zə­ru­ri­dir. Dünya­da baş ve­rən qlo­bal is­ti­ləş­mə və ya­ra­nan fə­sad­la­rın ara­dan qal­dı­rıl­ma­sı üçün nəq­liy­ya­tın da­ha az tul­lan­tı ve­rən nəq­liy­yat va­si­tə­lə­ri­nə ke­çil­mə­si pro­ses­lə­ri bir çox ölkələrdə baş­lan­ıb”.

Tədbirdə mövzu ətrafında Şirvan Yağ-piy emalı müəssisənin nümayəndəsi Əvəzağa Şahbazov qeyd edib ki, burada deyilən məlumatlar və elmi araşdırmalar bizim üçün çox vacib məlumatlardır: “Biz həyatımızda və istehsalat prosesləri zamanı enerji qənaətli rejimə keçilməsi və daha az tullantı atılmasını tətbiq etmək üçün bu məlumatlardan bəhrələnəcəyik. Son dövrlərdə Şirvan şəhərində yaşıllıq sahələri xeyli artıb və yaşıllıqların salınması işləri davam edir. Yaşıllıq ərazilərin artması iqlimdə yaranan istixana qazlarının azalmasına təsir edə bilər”.

Tədbirdə Kollecin müəllimi İsmət Məmmədov, Mənzil təsərrüfat idarəsinin işçisi Bakıxan Əhədov və digər nümayəndələr çıxış ediblər. Müzakirədə mövzunun aktullığı və Şirvanda ictimaiyyət nümayəndələrinin və əhalinin iqlim dəyişmələri barədə biliklərinin artırılması, Şirvan şəhərində yaşılıq sahələrinin mühafizəsinin artırılması və su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, yaşıllıq sahələrinin artırılması tövsiyə olunub. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylanıb və sonra tədbir yekunlaşıb.

 

E-mail: [email protected]  [email protected]

tel:+9940506343621

 

Pərvanə Fərhadqızı