BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, Yer kürəsi 2023-cü ilin yayında rekord sayda ən isti üç ay yaşadı.
QHT.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş təşkilatdan sitat gətirib: “Planetimiz indicə qaynama mövsümündən, tarixdə ən isti yayı keçdi. Dünyada iqlim böhranı başlayıb və bu, birgə səylərin gücləndirilməsini tələb edir”.
Meteorologiya təşkilatının məlumatına görə, avqust 2023-cü ilin iyulundan sonra qeydə alınan ən isti ikinci ay olub. Avqust ayında havanın temperaturu sənayedən əvvəlki orta göstəricilərlə müqayisədə 1,5 dərəcədən çox artıb. Ümumilikdə, 2023-cü il 2016-cı ildən sonra rekordlar üzrə ikinci ən isti ildir. Həmçinin avqust ayında dünya okeanlarının səthinin rekord orta temperaturu - 20,98 dərəcə Selsi qeydə alınıb.
Pərvanə Fərhadqızı












