ÜST-nin baş direktoru Qebreyesus son vaxtlar gündəmdə olan Kovid-19 hadisələri ilə bağlı yeni açıqlama verib.
QHT.az xəbər verir ki, qışdan əvvəl şimal yarımkürəsində yoluxma sayının artmasının həyəcan verici olduğunu bildirən Qebreyesus, Yaxın Şərq və Asiyada ölümlərin, Avropada isə reanimasiyada xəstəxanaya yerləşdirmələrin artacağını bildirib. Qlobal miqyasda dominant Kovid-19 variantının olmadığını bildirən mütəxəssis “Eris” adlı EG.5 variantının artdığını qeyd edib: “Kovid-19-un BA.2.86 variantının 11 ölkədə aşkar edilib. ÜST onun yoluxuculuğunu və potensial təsirini qiymətləndirmək üçün bu variantı yaxından izləyir. Ən böyük narahatlıqlardan biri, yaxınlarda bir dozada Kovid-19 peyvəndi alan risk altında olan insanların sayının az olmasıdır. Risk altında olan insanlar tövsiyə edilərsə, əlavə doza qəbul etməlidirlər” .
Pərvanə Fərhadqızı












