Qobustanda yol qəzası olub, 5 nəfər ölüb.

 

QHT. az bildirir ki,   Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.