1 mart 2022-ci il tarixində saat 11:00-da keçiriləcək “Fərdi Elektron Pəncərə” (FEP)  sistemindən istifadə mövzusunda onlayn təqdimat keçiriləcək

QHT.az xəbər verir ki,  “Fərdi Elektron Pəncərə” QHT-lərə onlayn qaydada qrantın qeydiyyatı, ianənin qeydiyyatı, xidmət müqaviləsinin qeydiyyatı, reyestr məlumatların yenilənməsi və digər imkanları təmin edir. 

Sistem haqqında ətraflı məlumat hüquqşünas Nurlana Əliyeva tərəfindən təqdim olunacaqdır.

Tədbir USAİD-in ECSOFT layihəsi çərçivəsində həyata keçiriləcək.

Tədbirə qoşulmaq üçün 25 fevral saat 11:00-a qədər qeydiyyatdan keçməniz xahiş olunur.

Qeydiyyat linki: https://forms.gle/iR9pgjEZeFTNPCAn9