Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi nəticəsində Qarabağda növbəti qələbə günündə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Universitetin uğuru haqqında danışıb.

Rektorun sözlərinə görə, UNEC Avropada 349-cu, Qərbi Asiyada 14-cü, Azərbaycanda isə 1-ci yerə yüksəldi: "“QS Avropa Universitetlərinin Reytinqi” 5-i əsas, 7-si alt olmaqla, ümumilikdə 12 indikator əsasında müəyyən edilir. UNEC “Akademik reputasiya” indikatoru üzrə Avropada 198-cidir. Bu göstərici 144000 akademik heyətin rəyi əsasında müəyyən edilib. “İşəgötürənlər reputasiyası” indikatoru üzrə isə UNEC Avropada 195-cidir. Bu nəticə 98000-dən çox işəgötürənlər arasında keçirilən sorğuda əldə edilib”.

Sonda rektor UNEC ailəsinin əməyi olan hər bir üzvünə təşəkkür edib.

 

 

Pərvanə Fərhadqızı