Quba şəhərində hüquqşünaslar üçün “İşgəncələrin qadağan olunması” mövzusunda təlim keçirilib.
QHT.az xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunun Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü və 6-cı maddələrini əks etdirən maarifləndirici təlimləri davam edir.
Avropa Şurası ilə Council of Europe DG Human Rights and Rule of Law Council of Europe Office in Baku birgə əməkdaşlıq çərçivəsində növbəti təlim Quba şəhərində keçirilib. Sentyabrın 26-da “Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi. Azərbaycanda İşgəncələrin qadağan olunması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən təlimdə ədliyyə qurumlarının, o cümlədən prokurorluq orqanlarının əməkdaşları, mediatorlar, həmçinin Vəkillər Kollegiyasının üzvləri iştirak ediblər.
Pərvanə Fərhadqızı












