"QÜRUR" şəhid ailələri xeyriyyə ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin keçirilməsi"layihəsinin növbəti tədbiri 09.03.2022-ci il tarixində Bərdə rayonun Səfiyar Behbudov adına 6 saylı tam orta məktəbində keçirilmişdir.

QHT.az xəbər verir ki, gənclər qeydiyyatdan keçirildikdən sonra, onlara layihə çərçivəsində hazırlanmış, dəftərxana ləvazimatları və vətənpərvərlik mövzusunda hazırlanmış bukletlər paylandı.Zalda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və “QÜRUR” şəhid ailələri xeyriyyə ictimai birliyinin loqalarından və layihənin adından ibarət baner lövhəsi qoyulmuşdu.Tədbiri giriş sözü ilə layihə rəhbəri Naibə Behbudova açdı,himnimiz oxundu,şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildil.Sonra tədbirlərin keçirilməsində əsas məqsəd, gənclərin vətənpərvərlik ruhunun yüksəlməsini və onların vətənə, dövlətə, torpağa bağlılıq hisslərini aşılamaqdan ibarətdir. Tədbirdə gənclərlə 1-ci Qarabağ və 2-ci Qarabağ Vətən müharibəsi qəhrəmanlarını,qazilərini və şəhid ailələrini tədbirlərə dəvət edərək, görüşlərini təşkil etməklə,onların mübarizə yollarının gənclər özlərinə örnək olaraq götürmələrinə nail olmqdan ibarətdir. Sonra söz şəhid Xudayar Yusifzadənin nənəsi Tovuz xanıma verildi. Tovuz xanım gənclərə vətənimizi Xudayar və onun timsalında bütün şəhidlərimiz ,qazilərimiz və veteranlarımız kimi sevməyi və müdafiə eləməyi tövsiyə elədi. Məktəbin şagirdlərindən biri Xudayarın məhşur mahnısını oxuması Tovuz nənəni kövrəltdi.Sonra şəhid Turqut Zeynalovun anası Zibeydə xanım, şəhid Tahir və Mahir Cəfərovların bacısı Nərgiz xanım çıxış elədilər. 1-ci və 2-ci Qarabağ qziləri Bəxtiyar Hüsüyev və Eyyub müəllim öz çıxışlarında gənclərimizi hiyləgər düşmənlərimizlə mübarizədə daha da fəal olmağı, ayıq olmağı tövsiyə elədilər.sonra məktəbin məzunu şəhid Ərəstun Xıdırovun atası Arif müəllim çıxışında öz razılığını bildirərək, Dövlətimizin şəhid ailələrinə diqqətindən və şəhidimizin adını siniflərdən birinə verildiyini dedi.2-ci Qarabağ qazimiz mayor Mustafayev Elçin öz keçdiyi döyüş yollarından danışdı.daha sonra 1- ci Qarabağ şəhidi Sərhad zöhradbəyovun həyat yoldaşı Etibar xanım çıxış elədi.Sonra qazilərimizdən Əlizadə Rahil və Müslümzadə Məhəmməd də öz keçdikləri döyüş yollarlndan və xatirələrindən danışdılar. Məktəbin direktoru, Elşad müəllim və təlim-tərbiyə üzrə direktor müavini Musayeva Vüsalə xanım çıxış edərək gənclərimiz üçün bu cür vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinin çox vacib olduğunu söylədilər.Tədbirin sonunda iştirakçılar çay süfrəsinə dəvət olundu.