Rusiyada YouTube tamamilə bloklanıb və istifadəçilər məşhur videohostinqin dayandırılmasından şikayət etməyə başlayıblar.

QHT.az xəbər verir ki, bu problem Moskva, Sankt-Peterburq, Nijni Novqorod və digər böyük şəhərlərdə, eləcə də işğal olunmuş Krımda müşahidə olunur. Daha əvvəl Rusiya hökuməti YouTube-un sürətini azaltmaq planlarını açıqlamışdı. Eyni zamanda, Google və digər məşhur sistemlərin də bloklanması gözlənilir. Dövlət Dumasının deputatı Aleksey Didenko biznes və alimlərə digər platformalara keçməyi tövsiyə edib.

 

Pərvanə Fərhadqızı