“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Sağlam ailə - sağlam cəmiyyət” adlı layihə çərçivəsində  Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində seminar təşkil etmişdir.
 

QHT.az xəbər verir ki, seminarda Şirvan şəhər 10, 18 və 21 nömrəli tam orta məktəblərin  yuxarı sinif  şagirdləri, ümumilikdə 27 nəfər iştirak etmişlər.  

   
Seminarda Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Rəfail Nəsirov iştirak etmişdir. Layihənin rəhbəri Ə. Mirzəyev tədbiri giriş sözü ilə açaraq, layihənin məqsədləri, həyata keçiriləcək fəaliyyətlər, əldə olunacaq nailiyyətlər və s. barədə məlumat verdi. O, öz çıxışında gənclər arasında saglam ailə dəyərləri, milli və mənəvi dəyərlər haqqında gənclərə məlumat verdi və gənc ailələrə dəstək üçün dövlətin həyata keçirdiyi layihələrdən, proqramlardan danışdı. Qeyd olundu ki, dövlət orqanlarının çox ciddi tədbirlərinə baxmayaraq  dağılan ailələr, boşanmalar, ailələrdə qarşılıqlı münasibətlərin gərginləşməsi, zorakılıq hallarına hələ də rast gəlirik.

 

 Mövzu ətrafında müzakirələr olmuşdır. Müzakirələrdə gənclər fəal iştirak etmişlər.
 

Seminarda  qeyd olunmuşdur ki, Şirvan gəncləri öz aktivliyi, vətənpərvərliyi ilə həmişə seçilmişlər. Onlar Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edərək qələbəmizin təmin edilməsində yaxından iştirak etmişlər.
     
    Layihə aprel  ayının sonuna qədər davam edəcəkdir.