“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Sağlam gələcək uğrunda” adlı layihə çərçivəsində Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində seminar təşkil etmişdir.
Seminarda Şirvan şəhər 18 saylı məktəbin şagirdləri iştirak etmişlər. Seminarı giriş sözü ilə “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyinin sədri Ə. Mirzəyev açmışdır. O, qeyd etmişdir ki, seminar Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsinə təsadüf edir və xalqımız erməni separatçıları üzərində qazandığımız qələbəni qeyd edir. Gənclərimiz həmin qələbənin təsirindən ruhlanaraq təhsillərində, fəaliyyətlərində daha böyük nailiyyətlərə imza atırlar.
Seminarda Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisi Adəm Hüseynov iştirak , etmişdir. O, öz çıxışında gənclərin saglam mühitdə böyüməsi üçün dövlətin həyata keçirdiyi layihələrdən, proqramlardan danışdı. Qeyd olundu ki, dövlət orqanlarının çox ciddi tədbirlərinə baxmayaraq narkotacirlər hər vasitə ilə gəncləri və yeniyetmələri bu zərərli vərdişə cəlb etməyə çalışırlar. Ona görə də gənclər bu masələdə daha ehtiyyatlı davranmalıdırlar.
Seminarda qeyd olunmuşdur ki, Şirvan gəncləri öz aktivliyi, vətənpərvərliyi ilə həmişə seçilmişlər. Onlar Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edərək qələbəmizin təmin edilməsində yaxından iştirak etmişlər.
Layihə aprel ayının sonuna qədər davam edəcəkdir.












