Bu gün Dəmir Yolu və Metropaliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyin təşkilatçılığı ilə “Sağlam Həyata Təminat” narkomaniyaya qarşı mübarizə tədbirlərinin təşkili layihəsi üzrə 2-ci təlimi keçirilib.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi həyata keçirilir. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev, təhsilalanlarla İş şöbəsinin müdiri Nəzakət Allahverdiyeva Psixoloq Aygün Şəmsəliyeva Hərbi rəhbər Əli Məmmədov iştirak edib.
Qeyd edək ki, sonda həmin tədbirin təşkilində köməkliyinə görə, təhsil mərkəzinin direktoru Zülfüqar Əskərova, direktor müavini Fuad Əliyevə və təhsilalanlarla İş şöbəsinin müdiri Nəzakət Allahverdiyevaya dərin minnətdarlığımızı bildiririk.
Pərvanə Fərhadqızı












