“ Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “ Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihənin icrasına başlayıb.  Layihənin icrası 01 fevral – 30 aprel tarixlərində Masallı, Cəlilabad, Salyan, Balakən və Zaqatala rayonlarında həyata keçiriləcək. Layihənin məqsədi yeniyetmə və gənclərimizi bəşəri bir bəla olan narkomaniyadan uzaq durmağa, onun  fəsadları haqqında geniş məlumat verməkdən ibarətdir.