“Sosial Dayaq”  İctimai Birliyinin  Azərbaycan  Respublikasının     Qeyri- Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi Agentliyinin   maliyyə  dəstəyi  ilə Siyəzən rayonunda  həyata keçirdiyi  “Əlilliyi olan uşaqlar üçün sosial reabiltasiya mərkəzinin təşkili  layihəsi   davam edir.   

 

QHT.az xəbər verir ki, layihədə əlilliyi olan uşaqlara   qrup halında da təlimlər keçirilir. Belə təlimlər uşaqların   hərtərəfli inkişafına,  inteqrasiyasına müsbət təsir göstərir. 

 

Uşaqlar  birlikdə  rəngli kağızlardan, inkişafetdirici vəsaitlərdən   istifadə edərək  bayrağımızı,  rəngarəng  güllər hazırlayır, müxtəlf  oyunlar oynayırlar.  Valideyinlər   evdə  uşaqlarının  maraqlarına uyğun  məşğulluq uçun ımkanların yaradılması, uşaqlarla  unsiyyət qurulması   barədə məlumatlandırılırlar.