“Sosial  Dayaq”  İctimai Birliyinin Siyəzən rayonunda həyata keçirdiyi “Sağlamlıq imkanları  məhdud  uşaqlara  qayğı  tədbirləri”  adlı  layihənin icrası davam edir.   

QHT.az xəbər verir ki, layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyələşdirib. Layihədə iştirak edən sağlamlıq  imkanları  məhdud  uşaqların  yaş kataqoriyaları nəzərə alınmaqla onlara təlimlər təşkil  olunur. Sağlamlıq imkanları məhdud uşaqların fiziki və mənəvi inkişafı üçün onların maraqları öyrənilir və  təlimlərdə müxtəlif vəsaitlərdən istifadə  edilir. Təlimlər ali təhsilli mütəxəssislər tərəfindən aparılır.

Təlimlər zamanı uşaqlara

  • Hərflərin  düzgün tələfüssü
  • Nitq  inkişafı;
  • Ünsiyyət  bacarıqları;
  • Fiziki inkişaf;
  • Göz  kontaktının qurulması;
  • Əl- barmaq  hərəkətlərinin aktivləşdirilməsi;
  • Yazı və oxu texnikasına hazırlıq;
  • Sosial və özünəxidmət bacarıqları və s. bacarıqlar öyrədilir

Təlimlərə  valideyinlər də  cəlb olunub.