"Ermənistan BMT-nin İnsan Hüquqları Komitəsinə Mülki və Siyasi Hüquqları Haqqında Beynəlxalq Paktla bağlı 3-cü dövrü hesabatını təqdim edib. Bu günlərdə Cenevrədə qapalı sessiyada hesabatın müzakirəsi olmalıdır. Yəqin ki, on-line olacaq. Qapalı sessiyada iştirak edib bəyanatla çıxış etməyi planlaşdırmışdım. Alınmadı."
Bu barədə QHT.az-a açıqlamsında hüquq müdafiəçisi Sahib Məmmədov məlumat verib.
O, bildirib ki, Ermənistanın 3-cü dövrü hesabatına alternativ hesabatım hazırdır. Paktın 1, 8,9,10,19,21,22-ci maddələri üzrə alternativ hesabatı hazırda Ermənistanın dövrü hesabatına paralel olaraq BMT İHAK rəsmi saytında yerləşdirmək üçün səy göstərirəm:
“Ermənistan hər fürsətdən istifadə edir. O cümlədən öz ölkəsinin beynəlxalq öhdəlikləri ilə bağlı dövrü hesabatlar verərkən saxtakarlıq edərək, Azərbaycan tərəfinə iftira atır və işğal etdiyi ərazilərdə ermənilərin öz müstəqil dövlət qurmasından bəhs edirlər. Bu dəfə də Paktın 1-ci maddəsi (xalqların özünü təyinetmə hüququ-Self-determination) ilə bağlı hesabatda göstərir ki, "The fact that the Republic of Artsakh has never been and may not be in any status a part of Azerbaijan" (Artsax Respublikası heç vaxt Azərbaycanın tərkib hissəsi olmayıb və heç vaxt hər hansı statusla onun tərkib hissəsi ola bilməz).”
Sahib Məmmədov qeyd edib ki, hazırladığı hesabatda Ermənistanın dövrü hesabatında işğal altında olan əraziləri ayrı bir dövlət kimi təqdim etmək cəhdini elə Paşınyanın öz dili ilə təkzib edib və baş nazirin çıxışına erməni mətbuatından istinadlar yerləşdirib;
“Paşinyanın "nöqtə" söhbətini yerləşdirməklə. Həmçinin beynəlxalq təşkilatların hazırda işğal altında olan ərazilərin Ermənistanın effektiv nəzarətində və idarəçiliyində olmasını təsdiq edən sənədlərinə də, o cümlədən AHİM-in “Case of Chiragov and others v. Armenia" qərarına, BMT TŞ 4 qətnaməsinə istinadlar vermişəm. Digər maddələrdə də Ermənistanın dövrü hesabatını təkzib edən məlumatlar yerləşdirilib.”
Hesabatda girov götürülmüş Dilqəm Əsgərov və Şhabaz Quliyevə işgəncə verilməsi ilə bağlı ayrı hissə və şəkillər də verilib –deyə hüquq müdafiəçisi bildirib.












