Vətən müharibəsi şəhidləri Musa və Tural Həsənov qardaşlarının atası vəfat edib.

QHT.az xəbər verir ki, qardaşların atası Tapdıq Həsənov Mingəçevir şəhərində dünyasını dəyişib. 

Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Musa şəhid olduqdan bir neçə gün sonra Tural da Suqovuşan istiqamətində şəhid olub. Qardaşlar çağırışçı idilər və hər ikisidə evli, hər ikisinində 2 övladı var idi. Hər iki qardaş Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Vətən uğrunda" medalın layiq görülüblər.

Allah rəhmət eləsin!

 

Pərvanə Fərhadqızı