İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Cəlal Əmənov QHT.az-ın suallarını cavablandıraraq, insan alverinə qarşı mübarizə sahəsində mövcud qanunvericiliyin tətbiqi, ictimai maarifləndirmə və qurbanlara dəstək mexanizmləri ilə bağlı vacib məqamlara toxundu.

 

QHT.az: Sizcə, insan alverinə qarşı mövcud qanunvericilik yetərlidirmi, yoxsa əlavə tədbirlərə ehtiyac var?

Cəlal Əmənov: “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının kifayət qədər yetərli qanunları var. Sadəcə insanlar arasında “İnsan alverinə qarşı mübarizə haqqında” mövcud qanunlarla bağlı məlumatlandırma tədbirlərini dahada genişləndirmək lazımdır. Xüsusilə təbliğaq xarakterli Tele verlişlərin sayını artırmaq lazımdır. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan “Qaynar xətt” (tel:152 və ya 562-21-12) haqqında tez-tez efirdən məlumat vermək yaxşı olardı.

 

QHT.az: İnsan alverinə qarşı mübarizədə hüquq-mühafizə orqanlarının fəaliyyətini necə qiymətləndirirsiniz? Bu sahədə onların daha effektiv fəaliyyət göstərməsi üçün hansı dəyişiklər lazımdır?

Cəlal Əmənov: Sözsüz ki, hüqüuq-mühafizə orqanları öz öhdəsinə düşən işləri qanuna müvaviq olaraq görürlər amma işlərin daha effektif və səmərəli alınması üçün vətəndaş cəmiyyəti və movcud icmalarda olan fəal insanlar hüquq-mühafizə orqanları ilə yaxından əməkdaşlıq etməlidirlər. Əhali içərisində olan fəal insanlar belə hallarla üzləşən insanlardan və mövcud problemlərdən daha tez xəbərdar olur.

 

QHT.az: İnsan alveri qurbanlarının hüquqlarının qorunması üçün hansı addımlar atılmalıdır?

Cəlal Əmənov: Bildiyimiz kimi İnsan Alveri qurbanlarının hüquqları Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005 – ci il tarixli, 958-IIQ saylı Qanuna əsasən qorunur. Bu qanuna uyğun olaraq dövlət orqanları belə insanlara yardım göstərir. Həmçinin mövcud olan sığınacaqlar və yardım mərkəzləridə öz funksiyalaraına uyğun olaraq insan alveri qurbanlarına yardım edirlər.

 

QHT.az: Son olaraq, bu sahədə daha təsirli tədbirlər üçün başqa təklifləriniz varmı?

Cəlal Əmənov: Mən təklif edirdim ki, sığınacaqlara maddi dəstək artırılsın. Belə insanların ehtiyaclarını tam qarşılamaq üçün maliyyə problemləri çatışmamazlığı hallarının aradan qaldırılması yaxşı olardı.

 

İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyası Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı