26 iyun Silahlı Qüvvələr Günü Münasibətilə Şəhid Xanımları və Övladları ilə görüş keçirilib.
Dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya dəstək olaraq, hər bir vətəndaş da hər zaman onların yanında olmalıdır
Bu fikirləri Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İB-nin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib.
“Qələbəmizi borclu olduğumuz Şəhidlərimizin övladları bizlərə əmanətdir. Şəhid Övladlarının sevinməsinə,yaddaqalan gün keçirmələrinə Neşve_Azerbaijan restoranının sahibi Eldar Rəfiyevə ,Master-Klass Azərbaycan şirkətinə, Badamlı şirkətinə MM hədiyyələr şirkətlərinə təşkilatımızın təşəbbüsünə dəstək verdikləri üçün dərin minnətdarlığımı bildirirəm.Şəhid Övladlarını sevindirə bildiksə, biz xoşbəxtik demək.”












