Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədri, Rabitə və İnformasiyaları Mütəxəssisləri İctimai Birliyinin sədri Siruz Abasbəyli:
“Hörmətli Cəsarət müəllim,
QHT.az saytının 9 illik fəaliyyəti ilə əlaqədar səmimi qəlbdən Sizi təbrik edirəm. QHT.az saytı bizə doğma olub. Bütün ictimai şura kimi və yaxud QHT işinin işıqlandırılmasında görülən işlər təqdirəlayiqdir. Bizim hər addımımızı izləmisiniz. Şura kimi işlərimizi təqlit etmisiniz, göstərmisiniz, yayımlamısınız. QHT kimi Rabitə və İnformasiyaları Mütəxəssisləri İctimai Birliyinin bütün tədbirlərini işıqlandırmısınız. Bizim işlərimizə yüksək qiymət vermisiniz. Bütün əziyyətlərə görə birliyimiz adından sizə təşəkkür edirəm, fəaliyyətinizi alqışlayıram. İşlərinizdə uğurlar arzulayıram”.












