Yunanıstanda sərnişin qatarı yük qatarı ilə toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 32 nəfər ölüb. Qəza nəticəsində onlarla insan xəsarət alıb.
QHT.az xəbər verir ki, Yunanıstan fəlakət xəbərinə ayılıb.
Paytaxt Afinadan Salonikiyə gedən sərnişin qatarı ilə Salonikidən Larissaya gedən yük qatarı Larissa şəhəri yaxınlığında toqquşub.
İki qatarın toqquşması nəticəsində ilkin təsbitlərə görə 32 nəfər həyatını itirib.
Qəza nəticəsində onlarla insanın xəsarət aldığı bildirilir. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu da xəbərlər arasındadır.
Thessaly qubernatoru Konstantinos Agorastos, ən azı 4 vaqonun relsdən çıxdığını qeyd edərək, "Toqquşma çox şiddətli oldu" dedi.
Kathimerinidəki xəbərə görə, sərnişin qatarının ilk iki vaqonunun çıxarılması əməliyyatı sağ qalanların axtarışına davam edir.












