Aprel ayında keçirilən İdeyalaşdırma Düşərgəsindən seçilən sosial sahibkarlar növbəti inkişaf mərhələsinə qədəm qoydu və ilk üç günlük təlim proqramında iştirak etdi.

Qeyd edək ki, Aİ-nin maliyyələşdirdiyi layihə çərçivəsində icra edilən inkubasiya proqramına Ağdam, Bakı, Biləsuvar, Gəncə, Mingəçevir, Neftçala, Şəmkir, Şəki, Sumqayıt və Zaqataladan ən yaxşı sosial biznes ideyaları ilə çıxış edən 41 iştirakçı vəsiqə qazanıb. 

Prosesin sonunda seçilmiş 30 sosial sahibkar ideyalarını həyata keçirmək üçün maliyyə dəstəyi əldə edəcəklər. Bu sosial bizneslər yeni təhsil imkanları, “yaşıl” həllər və innovativ tərəfdaşlıqlar təklif etməklə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa töhfə verəcək.

 

Pərvanə Fərhadqızı