Faktiki peşə təşkilatı, hüquqi baxımdan isə ictimai birlik kimi qeydə alınmış təşkilatların statusunu müəyyən edən ayrı qanun olmalıdır.
QHT.az xəbər verir ki, bu sözləri “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib. O, qeyd edib ki, "Peşə təşkilatları haqqında" qanununa əsasən üzvülük məcburi olmalıdır: "Vəkillər Kollegiyası, Auditorlar Palatası və Mediasiya Şurasında olduğu kimi olmalıdır. Peşə təşkilatları publik hüququn subyektləridir və onların qərarları inzibati orqanların qərarları ilə eyni hüquqi nəticələr yaratmalıdır".
Qeyd edək ki, "Peşə təşkilatları haqqında" qanun Azərbaycan Respublikası Prezidentin yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi ilə hazırlanan qanun layihələrindən biridir.
Pərvanə Fərhadqızı












