İnkubasiya proqramının bugünkü təlimi Sosial Sahibkarlıq gününə təsadüf edir. Sosial sahibkarlar sosial yaxud ətraf mühitlə bağlı çətinlikləri həll edərək daima cəmiyyətdə müsbət dəyişikliklər yaratmağa çalışırlar.

QHT.az xəbər verir ki, Sosial sahibkarlıq üzrə inkubasiya proqramına qoşulan şəxslər də sosial bizneslərinin inkişafı üçün çoxsaylı təlimlərdə iştirak edir və ekspertlərdən birbaşa dəstək alır. Proqramda dayanıqlı inkişaf məqsədləri istiqamətində layihələri olan 40-dan artıq nəfər iştirak edir.

Qeyd edək ki, Sözügedən fəaliyyətlər Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı" layihəsi çərçivəsində aparılır.

 

 

Pərvanə Fərhadqızı