El Çapo ələ keçirilərək həbsxanaya göndərildikdən sonra Sinaloa kartelinin sükanı arxasına keçən oğullarından ən kiçiyi Ovidio keçən həftə üç ildən çox müddətdə ikinci dəfə həbs olundu. Ancaq bu dəfə 2019-cu ildəki kimi qiyamət qopmadı. Bəs bu tutulmanın mənası və əhəmiyyəti nədir? Ovidio haqqında nə bilirik?

Dünyaca məşhur narkobaron Xoakin Quzmanın oğullarından biri olan Ovidio beynəlxalq mediada səslənən əməliyyatla ötən həftə saxlanılıb. Ovidio-nun tutulması elan edilən kimi Sinaloa ştatının hər yerindən atışma və partlayış səsləri artmağa başladı; Hava limanları, magistral yollar, məktəblər və iş yerləri bağlanıb.

Əməliyyat nəticələri yüksək səs-küy yaratdı. ABŞ prezidenti Co Baydenin Mexikoya səfərindən bir neçə gün əvvəl Ovidio-nun həbsi iki ölkə arasında diplomatik gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.

Bu, Ovidio-nun ilk tutulması deyil. Meksika hökuməti 2019-cu ildə oxşar əməliyyatla Ovidionu saxlamışdı. Lakin kartelin əməliyyata reaksiyası uçqun kimi böyüyüb qanlı üsyana çevriləndə hökumət geri addım atmalı oldu və beynəlxalq aləmdə böyük biabırçılıq yaşadı.

Üstəlik, fiasko sayəsində Meksika cəmiyyətində kartellərin çoxluğu və mübarizədə nəticəyə gəlməyin çətinliyi üzə çıxdı.