Binəqədi Gənclər Evində “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı, beynəlxalq TOT sertifikatlı təlimçi, “YeniSən” platformasının meneceri Əsli Yusifova tərəfindən “StressliSən?” adlı təlim keçirilib.
QHT.az xəbər verir ki, iştirakçıların motivasiyasını artırmaq üçün xüsusi seçilmiş oyunla başlayan təlimdə iştirakçılar stressin yaranma səbəblərini və insanın emosional, fiziki, sosial həyatına təsirlərini öyrənib, stressi idarə etmə texnikaları ilə tanış olub, sadə, amma effektiv olan praktik məşğələlər vasitəsilə öz stress mənbələrini müəyyənləşdirərək onların təsir dairəsini minimuma endirməyin yollarını sınayıblar.
Təlim iştirakçıların nəzəri biliklərinin və praktiki tətbiq bacarıqlarının inkişafı məqsədilə oyunlar və simulyasiya nümunələri ilə davam edib.












